Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi bu ölkədə yayılan koronovirusla bağlı hesabat açıqlayıb.
İqtisadiyyat.Az xəbər verir ki, açıqlanan hesabatda 9 yaşa qədər uşaqlar arasında ölüm halı qeydə alınmayıb.
Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi ölkə üzrə nəzarətə alınan 72 min 314 xəstə ilə bağlı məlumatları açıqlayıb. Barəsində məlumat  verilən xəstələrin 44 min 672 nəfərinə koronavirus diaqnozu qoyulub. 16 min 186 nəfəri isə xəstəlik şübəhəsi ilə nəzarət altında saxlanılıb.

Nəzarət altında olan xəstələrin yaş qrupları aşağıdakı kimi olub:
80 yaşdan yuxarı - 3 % (1 408 nəfər)
30-79 yaş - 87 % ( 38 min 680 nəfər)
20 - 29 yaş - 8 % (3 min 619 nəfər)
10-19 yaş - 1 % (549 nəfər)
0-9 yaş - 1 % (416 nəfər)

Nəzarət altında olan xəstələrin vəziyyəti aşağıdakı kimi olub:
Yüngül -  81% (36 min 160 nəfər)
Ağır - 14% (6 min 168 nəfər)
Kritik -  5% (2 min 87 nəfər)

Qeydə alınan ölüm halları aşağıdakı kimi olub:
80 yaşdan yuxarı -  14,8%
70-79 yaş - 8 %
60-69 yaş - 3,6 %
50-59 yaş - 1,3 %
40-49 yaş - 0,4 %
30-39 yaş - 0,2 %     
20-29 yaş - 0,2 %
10-19 yaş - 0,2 %
0-9 yaş - 0 ölüm

(Yeniavaz.com )