Türkiyə Super Liqasında 28-ci tura start verilib.

İqtisadiyyat.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında azərbaycanlı futbolçu Mahir Emrelinin komandası – “Konyaspor” doğma meydanda “Antalyaspor”la qarşılaşıb. Tərəflər bu matçda hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Mahir bu oyunun 66-cı dəqiqəsində meydana buraxılıb. 

Türkiyə Super Liqası

28-ci tur

7 aprel

Konyaspor – Antalyaspor 1:1

Qol: M.Dəmir, 24 – Rayt, 45.