Konqo Demokratik Respublikasında (KDR) təhlükəsizlik qüvvələri dekabrın 20-də keçirilən prezident seçkilərində ikinci olan müxalifət lideri Moise Katumbinin ölkənin cənub-şərqindəki evini qısa müddətə mühasirəyə alıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Cənubi Afrikanın SABC radiostansiyası məlumat yayıb.

Müxalifət sözçüsü Herve Diakesches mövzu ilə bağlı qeyd edib: "Təhlükəsizlik qüvvələri Katumbi tarixi Katanqa bölgəsində yerləşən evini tərk etməyə icazə vermədi".

Daha sonra yerli qubernatorun göstərişi ilə təhlükəsizlik qüvvələri Katumbinin evinin blokunu açıb. Müxalifətçinin evində olub-olmadığı hələlik bəlli deyil.