Konqo Demokratik Respublikasında ordu Şimali Kivu və İturi əyalətlərində 2 illik hərbi mühasirədə ən azı 1000 Demokratik Alyans Qüvvələrinin üsyançı qrup üzvünün öldürüldüyünü açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə dövlət rəsmilərindən məlumat verilib.

Bildirilib ki, bölgənin bir çox bölgəsində əməliyyatlar davam etdirilir və İordaniya, Pakistan, Keniya və Əfqan da daxil olmaqla 720 Alyans Qüvvələrinin üzvləri əsir götürülüb.

Xatırladaq ki, Şimali Kivu və İturi əyalətlərində təhlükəsizliyə nəzarət etmək üçün prezident Feliks Tşisekedi tərəfindən 7 may 2021-ci ildə hərbi mühasirə elan edilib. Mühasirə çərçivəsində bölgədəki mülki məmurlar işdən çıxarılıb və onların yerinə hərbi məmurlar təyin edilib.