Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib.

İqtisadiyyat.az xəbər verir ki, "Fiorentina" evdə "Lex"ə uduzmasına baxmayaraq, ilk oyunda qazandığı qələbə hesabına mərhələ adlayıb.

Niderlandın "Alkmaar" klubu "Anderlext"i, "Vest Hem" isə "Gent"i mübarizədən kənarlaşdırıb.

UEFA Konfrans Liqası

1/4 final mərhələsi, cavab oyunları

20 aprel

"Fiorentina" (İtaliya) - "Lex" (Polşa) - 2:3

Qollar: R.Sottil, 78, Q.Kastrovili, 90+2 - A.Sousa, 9, K.Velde, 65 (pen.), A.Sobieç, 69

İlk oyun - 4:1

"Alkmaar" (Niderland) - "Anderlext" (Belçika) - 2:0 (penaltilər 4:1)

Qollar: V.Pavlidis, 5, 13

İlk oyun - 0:2

"Vest Hem" (İngiltərə) - "Gent" (Belçika) - 4:1

Qollar: M.Antonio, 37, 63, L.Paketa, 55, D.Rays, 58 - H.Kuypers, 26

İlk oyun - 1:1

"Nitsa" (Fransa) - "Bazel" (İsveçrə) - 1:2

Qollar: Q.Lyabord, 9 - J.Aqustin, 86, K.Adams, 98

İlk oyun - 2:2.