"Bernli"nin baş məşqçisi Vinsent Kompani Çempionşipdə son mövsümün ən yaxşı məşqçisi seçilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb. 37 yaşlı belçikalının rəhbərliyi altında "Bernli" vaxtından əvvəl Premyer Liqaya yüksəlib.

Mükafat uğrunda mübarizədə Kompani Maykl Kerrik ("Midlsbro") və Mark Robinsi ("Koventri") qabaqlayıb.