Səudiyyə Ərəbistanı avqustun əvvəlində Qərb ölkələrinin iştirakı ilə Ukrayna üzrə sülh danışıqları keçirməyi planlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu iddia ilə "The Wall Street Journal" öz mənbələrinə istinadən çıxış edib.

Məlumata görə, avqustun 5-dən 6-dək Ciddədə keçiriləcək görüşdə 30 ölkədən yüksək səviyyəli rəsmilər iştirak edəcək.

Qeyd edilib ki, iştirakçı ölkələr arasında Rusiya yoxdur.