Macarıstanın Baş naziri Viktor Orban Vaşinqtonda Ukrayna lideri Volodimir Zelenskinin iştirakı ilə keçirilən NATO sammitində Ukraynanın alyansa qoşulmamalı olduğunu deyib.

İqtisadiyyat.az xəbər verir ki,”Bloomberg”in mənbələrə istinadən verdiyi məlumata görə, macar siyasətçi plenar iclasda belə bəyanatla çıxış edib.

“Bu həftə Macarıstan NATO-nun Vaşinqtonda keçirilən sammitində iştirak edib və Ukraynaya hərbi dəstək payını verməkdən imtina edib. Orban hətta Zelenski ilə plenar iclasda Ukraynanın NATO-ya üzv olmamasını təklif edib”, - deyə agentlik yazır.

Qeyd edək ki, daha əvvəl macar siyasətçi alyansı tənqid edib. Onun sözlərinə görə, alyans Ukrayna münaqişəsində getdikcə fəal rol alır, lakin bütün riskləri dərk etmir.

 

Sadiq Cavadov