ABŞ prezidenti Co Baydenin 2023-cü ilin oktyabrında Qəzza zolağı və bütün Yaxın Şərq regionu üzrə xüsusi humanitar elçi təyin etdiyi diplomat Devid Satterfild yaxın həftələrdə vəzifəsini tərk edəcək. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şənbə günü"HuffPost" onlayn nəşri məlumat yayıb.

İstefanın dəqiq tarixi və səbəbləri açıqlanmır.

Satterfild HƏMAS hərəkatının İsrailə qarşı “terror hücumunun humanitar nəticələrinin yumşaldılması” və bu sahədə Amerikanın müvafiq departamentlərinin səylərinin dəstəklənməsi ilə bağlı məsələlərə nəzarət edir. O, Qəzzadakı humanitar böhrana təcili cavab vermək üçün Birləşmiş Ştatların diplomatik səylərinə rəhbərlik edir. Bu, xüsusilə, əhalinin ən həssas təbəqələrinə humanitar yardımın ötürülməsini asanlaşdırmaq və BMT və ABŞ tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində mülki şəxslərin təhlükəsizliyini təmin etmək kimi məsələləri əhatə edir.