Avropa Komissiyası (AK) Kiprdən Fələstinə yardımın çatdırılması üçün dəniz humanitar dəhlizinin açıldığını elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Kiprə səfəri zamanı mətbuat konfransında deyib.

"ABŞ və Birləşmiş Ərəb Əmirliklərinin dəstəyi ilə Qəzzaya yardım çatdırmaq üçün Kipr dəniz dəhlizini işə salırıq. Avropa təkcə bu il humanitar yardım üçün 250 milyon avro ayırıb, lakin əsas problem bu yardımı Qəzzaya çatdırmaqdır", - deyə o bildirib.