Bu ilin ilk 4 ayında Azərbaycandan 104 min 238 ton kimya sənayesi məhsulları ixrac edilib.Dövlət Gömrük Komitəsindən fins.az-a verilən məlumata görə, ixrac edilən kimya sənayesi məhsullarının dəyəri isə 24 milyon 347 min ABŞ dolları olub. Xatırladaq ki, 2018-ci ilin müvafiq dövründə ölkədən ixrac olunan 38 min 41 ton kimya məhsulunun dəyəri 18 milyon 390 min dollar təşkil etmişdi.