“İmaqro” şirkəti “İmprotex Group”un tərkibində Azərbaycanda kənd təsərrüfatı texnikalarının satışı ilə məşğuldur. Həmçinin, “Improtex” şirkətlər qrupuna daxil olan “İmprotex İndustries” zavodunda yüksək keyfiyyətlə müasir standartlara uyğun olaraq istehsal olunan kənd təsərrüfatı təyinatlı qoşqu və avadanlıqların zəmanətlə satışını həyata keçirir. 

“İmaqro” şirkəti Azərbaycanda ABŞ-ın “AGCO” şirkətlər qrupunun rəsmi nümayəndəsidir. ABŞ-ın “AGCO” Şirkətlər qrupunun tərkibində olan “Massey Ferguson” brendinin kənd təsərrüfatı texnikalarını Azərbaycana idxalını təşkil edir. Bu texnikalar müxtəlif növ at gücünə malik traktorlardan və kombaynlardan ibarətdir. 

Beynəlxalq statistikaya əsasən, qlobal satışına görə birinci yerdə olan “Massey Ferguson” brendi Azərbaycana yeni gətirilib. Buna baxmayaraq, texnikalar fermerlər tərəfindən böyük maraqla qarşılanır. Bu texnikalar həm qiymət, həm də keyfiyyət baxımından müştərilərin tələblərinə tamamilə uyğundur. 

“Massey Ferguson” texnikaları GPS sistemləri ilə təchiz olunub ki, bu da tarlada işləyərkən operatorun artıq yanacaq sərfiyyatına yol verməyinin qarşısını alır. Tam dəqiq ölçülər verən GPS sistemi sayəsində texnika idarəetmə sistemində tarlanın verilmiş ölçülərinə görə hərəkətini özü tənzimləyir və əkin prosesini 0-3 sm dəqiqliyə qədər həyata keçirir. 

“İmaqro” şirkətinin təklif etdiyi texnikalar qiymət baxımından rəqiblərə nisbətən fermerlərə daha əl çatandır. Dövlətimizin kənd təsərrüfatına göstərdiyi qayğı nəticəsində bugünkü gündə Azərbaycanda hər bir fermer istədiyi texnikanı istədiyi şirkətdən güzəşt qaydalarının tətbiqi ilə əldə edə bilərlər.

Həmçinin, “İmaqro” şirkəti də bu qaydalara uyğun olaraq, istənilən növ kənd təsərrüfatı qoşqusunu və texnikasını 40% güzəşt tətbiqi ilə fermerlərimizin istifadəsinə təqdim edir. Əlavə olaraq, fermerlərə texnikalar faizsiz, 20% ilkin ödənişlə lizing xətti ilə təklif olunur. 

Hər mövsümə uyğun olaraq traktorlara, müxtəlif təyinatlı asma qoşqulara, müxtəlif asma avadanlıqlarına və digər kənd təssərüfatı təyinatlı texnikalara tələbat artır və bu tələbatları yerinə yetirmək üçün “İmaqro” şirkəti fermerlərə geniş seçimli məhsullar təklif edir. Bildiyiniz kimi, traktorlardan əlavə “İmprotex İndustries” şirkəti “Made in Azerbaijan” brendi altında müxtləlif təyinatlı qoşquların (lafetlər, yanacaq daşıyan çənlər, su və gübrə səpən çənlər və digər üst qurğu və avadanlıqlar) istehsalını həyata keçirir. Bu texnikalar yüksək keyfiyyətlə və zəmanətlə müştərilərə təklif olunur.