BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) ərzaq qiymətləri indeksi iyun ayında dəyişməyərək 120,6 bənd təşkil edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Məlumata görə, bitki yağlarının, şəkərin və süd məhsullarının qiymətinin artması dənli bitkilərin qiymətindəki azalmanı kompensasiya edib.

İyun ayında taxıl qiyməti indeksi 3% azalıb, buna əsas ixracatçı ölkələrdə istehsal perspektivlərinin yaxşılaşması səbəb olub. Digər tərəfdən, bitki yağı qiymət indeksi, palma yağına qlobal tələbinin canlanması fonunda 3,1% artıb.

Hesabat dövründə şəkər qiymət indeksi 1,9%, süd məhsulları qiymət indeksi 1,2% artıb.

FAO-nun ət qiymətləri indeksi isə bu dövrdə dəyişməyib.

 

Gözəl Həşimova