İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçilərindən biri olan əvvəllər məhkum olunmuş Qədir Cəfərov saxlanılıb.

DİN-in mətbuat xidmətindən İqtisadiyyat.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərində keçirilən əməliyyat zamanı İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçilərindən biri olan əvvəllər məhkum olunmuş Qədir Cəfərov saxlanılıb.

Onun üzərindən və idarə etdiyi avtomobildən 54 kiloqram narkotik vasitə, o cümlədən 11 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 41 kiloqram marixuana, 2 kiloqram həşiş qətranı və 3000 ədəd metadon həbi aşkar edilib.


Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Milli genefondumuza mənfi təsir göstərən narkotiklərə qarşı Daxili İşlər Nazirliyi tərəfindən qətiyyətli mübarizə tədbirləri davam etdirilir.