Kəbənin köhnə örtüyü, hər il olduğu kimi, çıxarılaraq yenisi ilə əvəzlənib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi "SPA" məlumat yayıb.

Məlumata görə, dəyişdirmə işləri xüsusi qrup tərəfindən həyata keçirilib. Ümumilikdə 45 hissəli Kəbə örtüyü 850 kiloqram xalis ipək parça üzərində motiv və xətlər üçün işlənən 120 kiloqram qızıl və 100 kiloqram gümüşdən ibarətdir.

Ənənəvi olaraq, Kəbənin örtüyü hər hicri ilinin birinci günü, məhərrəm ayının 1–də dəyişdirilir.

 

Gözəl Həşimova