İtaliyanın cənubundakı Kataniya şəhərində “Vinçenso Bellini Beynəlxalq Hava Limanı” iyulun 19-dək uçuşları dayandırıb.

İqtisadiyyat.az İtaliya mətbuatına istinadən xəbər verir ki, buna səbəb gecə saatlarında baş verən yanğındır.

Yanğın hazırda nəzarətə alınıb, ölən və yaralanan yoxdur.

Bu səhər Kataniya hava limanının “Twitter” hesabında uçuşların 19 iyul yerli vaxtla saat 14.00-a qədər dayandırıldığı qeyd ediblər.