"Real”ın La Liqada 76 illik seriyası qırıldı. Bu müddətdə heç bir futbolçu İspaniya çempionatında madridlilərin qapısına bir matçda 4 qol vura bilməmişdi.

İqtisadiyyat.az xəbər verir ki, seriyanı Valentin Kastelyanos qırdı. “Jirona”nı hücumçusu dünən “Real”la ev matçında (4:2) 62 dəqiqə ərzində poker etməyi bacardı.

Kastelyanosa qədər sonuncu dəfə “Real”la matçda Robert Levandovski poker etmişdi. O zaman (2013-cü ildə) Dortmund “Borussiya”sında oynayan polşalı Çempionlar Liqası matçında fərqlənmişdi. Bu hadisənin üstündən 10 il 2 gün keçdikdən sonra Kastelyanos bunu 21-ci əsrdə La Liqada bacaran ilk futbolçu oldu.

Ümumiyyətlə, yalnız 5 futbolçu İspaniya çempionatı çərçivəsində bir matçda “Real”a 4 qol vura bilib:

2023 – Kastelyanos (Jirona)

1947 – Eçavarriya (Ovyedo)

1942 – Emelin (Ovyedo)

1940 – Katalan (Espanyol)

1935 – Ventolra (Barselona