Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" bu gün Super Liqada növbəti matçına çıxacaq

İqtisadiyyat.az xəbər verir ki, Konya təmsilçisi XXXI turda səfərdə "Kasımpaşa" ilə qarşılaşacaq. Oyun saat 14:30-da başlayacaq. Mahir Emreli bu matça start heyətdə çıxmayacaq.

"Konyaspor" çempionatda 39 xalla 9-cu sıradadır. "Kasımpaşa" isə 33 xalla 12-ci pillədədir.