Qazaxıstan Prezidenti sabah Azərbaycana səfər edəcək.
"Operativ Media" xəbər verir ki, Qazaxıstan prezident Kasım-Jomart Tokayev martın 11-12-də Azərbaycan Respublikasına dövlət səfəri edəcək.
Səfər çərçivəsində dövlət başçısı Prezident İlham Əliyevlə danışıqlar aparacaq və Qazaxıstan-Azərbaycan Ali Dövlətlərarası Şurasının ilk iclasında iştirak edəcək.//APA//