Şimali Afrika sahillərindən İspaniyanın Kanar adaları istiqamətində hərəkət edən, qeyri-qanuni mühacirləri daşıyan qayığın batması nəticəsində 51 nəfərin öldüyü, 4 nəfərin xilas edilərək xəstəxanaya aparıldığı açıqlanıb.

İqtisadiyyat.az dünya mətbuatına istinadən xəbər verir ki, qayığın Mərakeşin cənubundakı Tan Tan sahilindən yola düşdüyünü və ölən 51 nəfərdən 11-nin qadın, 3-nün uşaq olduğunu bildirilib.

İspaniya baş nazirinin müavini və əmək naziri Yolanda Diaz 51 qeyri-qanuni miqrantın ölümünə görə kədərləndiyini və Aİ-nin immiqrasiya siyasətini həyata keçirməsinin vacib olduğunu deyib.

Qeyd edək ki, iyunun 22-də də Kanar adalarından 80 mil aralıda immiqrantları daşıyan qayıq batıb və 39 immiqrant həyatını itirib.