Kanadada davam edən meşə yanğınlarının tüstüsünün küləyin təsiri ilə bu həftə yenidən ABŞ-yə çatacağı və 12 ştatda təxminən 70 milyon insana təsir edəcəyi gözlənilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Nyu-York qubernatoru Keti Hoçul yazılı açıqlama verib.

O, Nyu-Yorkda havanın keyfiyyətinin təhlükəli səviyyəyə düşəcəyi təqdirdə ictimaiyyəti telefon mesajları ilə xəbərdar edəcəklərini qeyd edib və xəstəxanalara tənəffüs xəstəliklərinin artmasına hazır olmaları üçün təlimat verildiyini vurğulayıb.

"Nyu-York sakinləri bu həftə əyalətimizin hava keyfiyyətinə təsir edəcək meşə yanğınlarının tüstüsünə bir daha hazır olmalıdırlar", - Hoçul xəbərdarlıq edib. O, vətəndaşları öz sağlamlığı üçün lazımi tədbirlər görməyə çağırıb.

Meteoroloqlar bildirirlər ki, əsasən ölkənin şimalında, Montana ştatından Vermonta qədər təxminən 12 ştat Kanadadan gələn tüstüdən təsirlənəcək.

Xüsusilə 70 milyon insanın yaşadığı Çikaqo, Detroit, Nyu-York, St.Louis və Clevelanda təsir edəcəyi gözlənilən tüstü səbəbindən hava keyfiyyətinin və görmə qabiliyyətinin azalacağı təxmin edilir.