Kanada Ukrayna Silahlı Qüvvələri üçün pilotsuz uçuş aparatlarının (PUA) hazırlanması üzrə koalisiyaya qoşulacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kanadanın müdafiə naziri Uilyam Bleyr "X" sosial şəbəkə hesabında bildirib.

“Biz Ukraynanın yanında olmalıyıq. Buna görə də mən bu gün elan etdim ki, Kanada Ukrayna üçün Latviya və Böyük Britaniyanın başçılıq etdiyi dron koalisiyasına qoşulur", - deyə siyasətçi bildirib.