Kanada BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirilməsini bərpa edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ölkənin beynəlxalq inkişaf naziri Əhməd Hüseyn bildirib.

Onun sözlərinə görə, Kanada UNRWA-nın maliyyələşdirilməsini Qəzzadakı ağır humanitar vəziyyətə görə təzələyir.

O qeyd edib ki, Kanada "G7" ölkələri arasında təşkilatın maliyyələşdirilməsini bərpa edən ilk ölkə olub.

 

Gözəl Həşimova