Finlandiyanın kağız və qablaşdırma istehsalçısı olan "Stora Enso" Avropadakı 4 zavodunu bağlamağı və 1150 işçini ixtisar etməyi planlaşdırır.

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu barədə şirkətin baş icraçı direktoru Annica Breski  açıqlama verib. 

O qeyd edib ki, şirkət uzunmüddətli rəqabət qabiliyyətini və gəlirliliyini artırmaq üçün yenidən strukturlaşdırma prosesinə hazırlaşır: 

"Biz strategiyamızda kritik dönüş nöqtəsindəyik və bazar mövqeyimizi inkişaf etdirmək üçün kapitalın bölüşdürülməsinə və mərkəzləşdirilməmiş səlahiyyətlərə daha çox diqqət yetirməliyik. Ona görə də gəlir gətirməyən aktivlər bağlanmalıdır. Planlaşdırılan restrukturizasiya tədbirləri  təxminən 1150 işçinin ixtisarı ilə nəticələnəcək".

Gülşən Şərif