"Adam Delimxanovun yerinin koordinatlarını "vaqner"çilər sızdırıb".

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin 72-ci briqadasının keçmiş komandiri Roman Venevitin deyib: “Kadırov 2006-cı ildən ordunun ərzaq tədarükçüsü olan Priqojini sərvətinin mənbələri haqqında danışmaqla hədələyirdi. İndi "vaqner"çilər Ramzandan qisas aldılar. Delimxanovun olduğu karvan məhz dəqiq koordinatlarla vurulub və o, ağır yaralanıb. Təəssüf ki, itki böyükdür. Ölü və yaralıların təxliyəsi üçün 12 təyyarə çağırılıb".

Qeyd edək ki, Rusiya və Ukraynaya məxsus teleqram kanallarında Rusiya Dövlət Dumasının deputatı, Ramzan Kadırovun yaxın silahdaşı Adam Delimxanovun yaralı olması barədə xəbərlər dolaşır. İddialara görə, onun da içində olduğu avtomobil karvanı bir neçə gün əvvəl Zaporojye istiqamətində Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı zamanı dəqiq artilleriya atəşi ilə vurulub. Bu gün R.Kadırov A.Delimxanovla əlaqə yarada bilmədiyi barədə məlumat verib. O, Ukrayna kəşfiyyatından dəqiq olaraq hansı mövqelərin vurulduğu barədə məlumat vermələrini xahiş edib və əlavə edib: "Məlumat verin, mən əziz qardaşımı tapa bilim. Mən mükafat vəd edirəm və sizdən kömək etməyinizi xahiş edirəm".  

Dövlət Dumasının deputatları isə Adam Delimxanovun sağ olduğunu və hazırda Çeçenistanda olduğunu bildiriblər.