Əfqanıstanın paytaxtı Kabilin şərqində bombalı hücum olub, hücum nəticəsində ən azı 3 nəfər həyatını itirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Kabil Polis İdarəsinin sözçüsü Xalid Zadran mətbuata açıqlama verib.

Zadran Kabilin şərqindəki Aloxayl bölgəsində axşam saatlarında sərnişin avtomobilinə yerləşdirilən maqnit bombasının partlaması nəticəsində ən azı 3 nəfərin öldüyünü, 4 nəfərin isə yaralandığını bildirib.

Təhlükəsizlik qüvvələrinin bölgəyə gəldiyini bildirən Zadran hadisə ilə bağlı bir şübhəlinin həbs olunduğunu qeyd edib.

Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.