Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

İqtisadiyyat.az xəbər verir ki, bu gün iki qadın güləşçimiz medal görüşünə çıxıb.

Jalə Əliyeva (57 kq) qızıl medal uğrunda ukraynalı Alina Akobya ilə qarşılaşıb. "Tuş"la uduzan idmançımız 2-ci olub. Türkan Nəsirova (53 kq) bürünc medal uğrunda türkiyəli Zeynep Yetgillə güləşib və məğlub olaraq 5-ci yerə çıxıb.