Yunanıstan tərəfindən Türkiyə ərazi sularına geri qaytarılan 26 qeyri-qanuni miqrant təhlükəsiz şəkildə İzmir sahillərinə çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.

Məlumata görə, Seferihisar rayonu sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni miqrantın olması xəbəri alan Sahil Mühafizə Komandanlığı bölgəyə bir sahil mühafizə gəmisi təyin edilib.

Rezin qayıqda olan 26 miqrant xilas edilib.

Qeyri-qanuni miqrantlar İl Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.