İzmirin Karaburun və Dikili rayonları sahillərində yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına istiqamətləndirilən qayıqlarda olan 42 qeyri-qanuni miqrant təhlükəsiz şəkildə sahilə çıxarılıb.

İqtisadiyyat.az xəbər verir ki, Türkiyə Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Karaburun və Dikili rayonları sahillərində rezin qayıqlarda qeyri-qanuni miqrantların olması xəbərini alan Sahil Mühafizəsinin qayıqları bölgəyə göndərilib.

Ekipajlar Türkiyə ərazi sularına yönləndirilən qayıqlarda olan 42 qeyri-qanuni miqrantı xilas edib.

Qeyri-qanuni miqrantlar əməliyyatlarının ardından İl Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.