İzmirin Dikili rayonu açıqlarında yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına basdırılan rezin qayıqda olan 17 qeyri-qanuni miqrant xilas edilib.

İqtisadiyyat.az xəbər verir ki, Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamaya görə, Dikili rayonu sahillərində dayandırılan rezin qayıqda 37 nizamsız miqrant yaxalanıb.

Yenə Dikili rayonu sahillərində baş verən başqa bir hadisədə yunan ünsürləri tərəfindən rezin qayıqlarla Türkiyə ərazi sularına sıxışdırılan 17 nizamsız miqrant xilas edilib.

Qeyri-qanuni miqrantlar əməliyyatlarının ardından İl Miqrasiya İdarəsi Müdirliyinə göndərilib.