İyunun 19-da Cenevrədə Sudanda humanitar işlərə dəstək məqsədilə yüksək səviyyəli öhdəlik konfransı keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) verdiyi açıqlamada konfransın Avropa İttifaqı, Afrika Birliyi, Misir, Almaniya, Qətər və Səudiyyə Ərəbistanı ilə yanaşı, BMT tərəfindən təşkil edildiyi bildirilib.

BMT mətbuat katibinin müavini Farhan Haq bildirib ki, BMT-nin baş katibi Antonio Quterreş konfransda onlayn iştirak edəcək.

İyunun 19-da Cenevrədə keçiriləcək konfransa donorlardan "səxavətlə" töhfə vermələrinin istəndiyini qeyd edən Haq, humanitar yardımların Sudan və qonşu ölkələrə daşınacağını bildirib.