İyun ayında avro zonasında inflyasiya illik bazda 5,5 faiz təşkil edib. 

İqtisadiyyat.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Eurostat) iyun ayı üzrə Avropa İttifaqı (Aİ) və Avrozona üzrə yekun inflyasiya məlumatlarını açıqlayıb.

Buna görə, Avro Bölgəsində may ayında yüzdə 6,1 olan illik inflyasiya, iyun ayında yüzdə 5,5 olaraq ölçülüb.

Aİ-də may ayında yüzdə 7,1 olan illik inflyasiya iyunda yüzdə 6,4 olub.

Avro bölgəsində inflyasiyanın 2,35 faizini ərzaq, alkoqol və tütün məmulatları, 2,31 faizini xidmətlər, 1,42 faizini isə qeyri-enerji sənayesi məhsulları təşkil edib.

İyun ayında Macarıstanda illik inflyasiya 19,9 faiz, Slovakiyada 11,3 faiz, Çexiyada 11,2 faiz təşkil edib.

Sözügedən dövrdə inflyasiya İtaliyada 6,7 ​​faiz, Almaniyada 6,8, Fransada isə 5,3 faiz təşkil edib.