"Taxıl müqaviləsinin bərpa olunacağına ümid edirik".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İtaliyanın baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani  bildirib.

“Biz ümid edirik ki, Ukrayna münaqişəsində bilavasitə iştirak etməyən ölkələrin problemlərinin həlli yollarını tapmaq üçün taxıl sazişi üzrə razılıq əldə olunacaq”, - o deyib.

İtaliyanın baş naziri Corciya Meloni isə Rusiyanı Ukrayna limanlarından taxıl ixracının davam etməsi üçün sazişdən çıxmaq qərarına yenidən baxmağa çağırıb.