"Qərb qoşunlarının Ukraynaya göndərilməsi eskalasiyaya gətirib çıxaracaq və bu, diplomatik həlli mümkünsüz edəcək".

İqtisadiyyat.az xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Guido Krosetto deyib.

"NATO qoşunlarının Kiyevə gətirilməsi bir istiqamətdə eskalasiyaya doğru addım demək olardı ki, bu da diplomatiyanın yolunu bağlayacaq", - Krosetto "La Stampa" qəzetinə müsahibəsində deyib. 

Eyni zamanda o qeyd edib ki, NATO Ukraynadakı münaqişənin lap əvvəlindən isti əməliyyatlardan kənarda qalıb və Qərb qoşunlarının əməliyyatlara cəlb edilməsindən danışan Fransa və Polşa sadəcə öz adından danışa bilər, bütün ittifaq üvlərinin adından danışa bilməzlər.

Krosetto hesab edir ki, Kiyevi silahla təmin etmək düzgündür. Ancaq əsas diqqət diplomatiyaya yönəlməlidir. 

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron fevralın 26-da bildirib ki, Parisdə Qərb ölkələrinin nümayəndələrinin Kiyevə gələcək dəstəyi müzakirə etdikləri görüşdə onların quru qoşunlarının Ukraynaya mümkün göndərilməsi mövzusu qaldırılıb. Fransa prezidentinin sözlərinə görə, dialoq iştirakçıları bu məsələdə konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarini istisna etmək olmaz.