İsveçrənin silah və sursat daxil olmaqla hərbi məhsullarının ixracının dəyəri ötən il 696,8 milyon frank (787 milyon dollardan çox) təşkil edib. Bu da 2022-ci illə müqayisədə 27% azdır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsveçrə hökuməti məlumat yayıb.

Bu ölkədən ən çox hərbi material idxal edən ölkələrin beşliyinə Almaniya 168,5 milyon frank (təxminən 190,5 milyon dollar), Danimarka (83 milyon dollardan çox), ABŞ (61 milyon dollardan çox), Səudiyyə Ərəbistanı (60 milyon dollardan çox) və Rumıniya (təxminən 45 milyon dollar) daxildir.

Bildirilib ki, İsveçrə 2014-cü ildən bəri Rusiya və Ukraynaya münasibətdə neytrallıq qanunu tətbiq edir.

 

Gözəl Həşimova