İsveçrə parlamenti üzü örtən paltarların geyinilməsini qadağan edən qanun qəbul edib.

Bu barədə İqtisadiyyat.az "Bloomberg"ə istinadən xəbər verir.

Məlumata görə, bura hicabdan istifadə qadağası da daxildir. Qəbul edilmiş qanuna görə, qaydaya əməl etməyənlər 1116 dollar cərimə ödəyəcəklər.

Xatırladaq ki, bu qanunla bağlı 2021-ci ilin fevralında ümumxalq səsvermə keçirilib və nəticədə İsveçrə əhalisinin 51%-i bu cür geyimlərin qadağan edilməsinə qərar verib.

 

Gözəl Həşimova