"İsveç terrorizm və ya PKK üçün təhlükəsiz sığınacaq deyil".

İqtisadiyyat.az xəbər verir ki, bunu NATO-ya üzvlüklə bağlı danışıqlarda ölkəni təmsil edən Oskar Stenström Ankaradakı görüşdən sonra mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu görüş İsveçin Türkiyə tərəfindən NATO-nun tamhüquqlu üzvü kimi təsdiqlənməsi prosesini irəli aparıb: "Amma biz, hədəfdən çox uzağıq".

Görüş tərəflərin danışıqların davam etdirilməsi ilə bağlı razılığa gəlməsi ilə yekunlaşıb. O bildirib ki, görüşdə əsasən İsveçin terrorla necə mübarizə apardığı müzakirə edilib. Stenström vurğulayıb ki, onun ölkəsində PKK ilə mübarizə intensivləşib.

"İsveç ifadə azadlığına, nümayişlərə icazə verilən bir çox digər NATO ölkəsi ilə eyni qanunvericiliyə malikdir. Amma açıq deyim ki, əgər bir şəxs PKK bayrağı daşıyırsa, o zaman bayraq daşımaq ittihamda istifadə oluna bilər. İsveç terrorizm və ya PKK üçün təhlükəsiz sığınacaq deyil", Stenström əlavə edib.

Stenström Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveçin Vilnüsdəki sammitə qədər üzv ola bilməyəcəyi ilə bağlı açıqlamasına münasibət bildirməyib.