"İsveçdə Qurani-Kərimin yandırılması ölkəmizin yaxşı imicini pis imicə çevirə bilər".

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström bildirib.

O qeyd edib ki, İsveç öz reputasiyasını xilas etmək üçün mübarizə aparır:

"İsveç İslamofob kimi göstərilməyə davam edərsə, ölkənin yaxşı imici uzunmüddətli pis imicə doğru dəyişəcək. İsveçin öz nüfuzunu qorumaq üçün mübarizə apardığı prosesdə nəticələrin nə olacağını təxmin etmək çətindir. 

İrqçilik, ksenofobiya və bununla bağlı dözümsüzlüyün İsveçdə və Avropada yeri yoxdur".