Skandinaviya ölkəsi olan İsveçdə ötən sutka 102 nəfər koronavirusdan ölüb.

Bunu ölkənin Səhiyyə Agentliyi açıqlayıb.

Məlumata görə, eyni dövr ərzində 1 239 yoluxma faktı qeydə alınıb.

Beləliklə, İsveçdə indiyədək 54 562 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 1 239 nəfər pandemiyanın qurbanı olub.

Qeyd edək ki, İsveç yeganə ölkələrdən biridir ki, pandemiyanın başlanğıcında bir çox ölkələrin tətbiq etdiyi ənənəvi karantin rejimini rədd edib. Bununla belə, bir müddət sonra hökumət bunun səhv qərar olduğunu etiraf edib.Report