İraq əsilli Salvan Nejem İsveçin paytaxtı Stokholmda Dini İşlər İdarəsinə bağlı Fittja Ulu Məscidinin qarşısında polisin mühafizəsi altında Quranı yandırıb.

İqtisadiyyat.az xəbər verir ki, son aylarda İsveçdə Qurani-Kərimə qarşı hücumlar təşkil edən Salvan Momika ilə birlikdə hərəkət edən iraqlı Nejem bu dəfə hücumu tək həyata keçirib. 

Polis mühafizəsi altında Fittja Ulu Məscidinin qarşısına gələn Nejem ətrafdakıların reaksiyasına baxmayaraq Qurani-Kərimi yerə ataraq onun üzərinə basıb.

Nejem Quran nüsxələrini cırıb, daha sonra onları əzib və bu nüsxələri yandırıb.

Aksiyadan sonra Nejem zirehli polis maşınının qoruması altında hadisə yerini tərk edib.