İsveç Təhlükəsizlik Polisi (SEPO) polis departamenti ilə birgə əməliyyat keçirib və bu əməliyyat zamanı 4 nəfər saxlanılıb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə SEPO-nun press-relizində deyilir.

"Bu şəxslər terror cinayətlərinə və silahla bağlı ağır cinayətlərə hazırlaşmaqda şübhəli bilinirlər. İş zorakılıq xarakterli islamçı ekstremizmə aiddir və təhlükəsizlik polisi də bu qrupda ciddi mütəşəkkil cinayətkarlıqla əlaqələri görür", - bəyanatda deyilir.

SEPO qeyd edib ki, idarə əməkdaşları bu iş üzərində uzun müddətdir ki, işləyirlər. Əməliyyatla bağlı bir sıra axtarışlar da aparılıb. İlkin təhqiqat Milli Təhlükəsizlik İdarəsinin prokurorlarının göstərişi ilə SEPO tərəfindən aparılır.