NATO-ya üzvlük prosesində Türkiyənin təsdiqini gözləyən İsveçdə Qurana hörmətsizlik dünyanın reaksiyasına səbəb olub. İsveç XİN hökumətin "müsəlmanları təhqir edən anti-İslam hərəkəti pislədiyini" açıqlayıb.

İqtisadiyyat.az xəbər verir ki, İsveç Xarici İşlər Nazirliyi hökumətin müsəlmanları narahat edən anti-İslam hərəkətini pislədiyini və belə hadisələrin hökumətin mövqeyini əks etdirmədiyini açıqlayıb.

Nazirlikdən verilən öncəki açıqlamada isə təxribat törədən şəxsin xarici ölkə vətəndaşı olduğu qeyd edilib.

Bəyanatda bu cür hadisələrə qarşı sərhəd nəzarətinin gücləndirildiyi, yeni təhlükələrin qarşısının alınması üçün tədbirlərin gücləndirildiyi bildirilib.