"Ukrayna üçün lazım olan sursatın qiyməti 2022-ci ilin yazına nisbətən 5-10 dəfə artıb".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İsveç Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mikael Klasson bildirib.

Xüsusilə, Stokholmun Kiyevə verdiyi “Archer” artilleriya qurğusunun mərmilərinin qiyməti 2021-ci illə müqayisədə 8 dəfə artıb.

Onun sözlərinə görə, sursat çatışmazlığı Avropanın Ukraynaya kütləvi şəkildə hərbi təchizat verməsi nəticəsində yaranıb.

 

Gözəl Həşimova