İsveçin NATO-ya daxil olması ilə bağlı protokol rəsmi olaraq qüvvəyə minib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Departamenti məlumat yayıb.

“2024-cü il martın 7-də İsveç Krallığının Şimali Atlantika Müqaviləsinə qoşulması haqqında protokolun ikinci maddəsində göstərilən qüvvəyə minmə şərtləri yerinə yetirilib. Müvafiq olaraq, protokol 2024-cü il martın 7-də qüvvəyə minib", - ABŞ Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. 

Bununla da Skandinaviya ölkəsi rəsmi olaraq hərbi alyansın 32-ci üzvü olub.

 

Sadiq Cavadov