İsveç martın 11-də NATO-nun 32-ci üzvü kimi Alyansa rəsmi olaraq qoşulacaq.

İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir ki, martın 11-də Belçikanın paytaxtı Brüsseldə İsveçin üzvlük toplantısı keçiriləcək.

Məlumata görə, NATO-nun mənzil-qərargahında İsveç bayrağı qaldırılacaq. Beləliklə, İsveç Alyansın 32-ci üzvü olacaq.

Qeyd edək ki, İsveç 2022-ci il mayın 18-də NATO-ya üzvlük üçün müraciət edib.