İstintaq Komitəsi Krımda 14 yaşlı qızın ölümü ilə nəticələnən pilotsuz təyyarə hücumunu araşdırır.

İqtisadiyyat.az TASS-a istinadən bildirir ki, bu barədə RF İK-nin mətbuat xidmətindən məlumat verilib.

"Hadisə yerində Rusiya İstintaq Komitəsinin Krım Respublikası və Sevastopol şəhəri üzrə Baş İstintaq İdarəsinin istintaq orqanlarının, eləcə də respublikanın fövqəladə hallar xidmətinin əməkdaşları işləyir. Cinayətdə iştirak edən şəxslərin kimliyi müəyyənləşdirilir", - məlumatda deyilir.

Xatırladaq ki, Krımda pilotsuz uçuş aparatlarının bir neçə binanın üzərinə düşməsi nəticəsində 14 yaşlı qız həlak olub, inzibati binalara da ziyan dəyib