Bu il aprelin 1-nə Azərbaycanda istehlak kreditlərinin orta illik faiz dərəcəsi milli valyutada 19-25%, xarici valyutalarda isə 5% təşkil edib.

İqtisadiyyat.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, o cümlədən manatda kart kreditləri 25%-lə, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər 23%-lə, yaşayış sahəsinin təmirinə dair kreditlər 23%-lə, avtomobil kreditləri illik 19%-lə, digər kreditlər isə 19%-lə ayrılıb.