Türkiyənin İstanbul şəhərində Ortaköy məscidindən təxminən 50 metr aralıda yerləşən binada güclü yanğın baş verib.

İqtisadiyyat.az xəbər verir ki, yanğın restoranın damında başlayıb. Yanğının tüstüsü qısa müddətdə boğazın bir çox nöqtəsindən görünüb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları sövq edilib. 

Yanğına müdaxilə işləri davam edir.