İstanbul valisi bu qadağanı ailə institutunu təhdid edən təhlükə ilə əlaqələndirib.
İqtisadiyyat.az xəbər verir ki, İstanbul valisi Davud Gül "Twitter" hesabından paylaşım edərək LGBT yürüşlərinin qadağan edildiyini açıqlayıb.
O qeyd edib ki, icazəsiz yürüş keçirənlərə qarşı müvafiq tədbirlər görüləcək:
"Millətimiz və dövlətimizin qarantiyası olan ailə institutumuzu təhdid edən hər hansı fəaliyyətə icazə verilmir. İcazəsiz nümayiş keçirən qruplara əsla imkan verilməyəcək".
Poliqon.info