BMT-nin Sıfır Tullantılar üzrə Məsləhət Şurasının ilk üzbəüz iclası noyabrın 1-də İstanbulda keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) səlahiyyətlisi Maimunah Mohd Şərif bildirib.

Sıfır tullantı fəaliyyətləri və 31 oktyabr Üsküdarda keçiriləcək Dünya Şəhərlər Günü tədbirində çıxış etmək üçün İstanbula gələn Şərif burada sualları cavablandırıb.

Şərif Türkiyədə olduğu müddətdə İstanbulda BMT-nin Sıfır Tullantılar üzrə Məsləhət Şurasının ilk toplantısını keçirdiklərini, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki, kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı və xarici işlər naziri Hakan Fidan ilə görüşdüklərini bildirib. 

O, Türkiyə Bələdiyyələr Birliyinin sədri Yücel Yılmaz ilə anlaşma memorandumu imzaladıqlarını da bildirib.